İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin avqustun 7-də iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, iclasın əsas mövzusu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlik olacaq.
Qeyd edək ki, İran daha əvvəl İƏT ölkələrinin fövqəladə iclasını çağırmışdı.


Şərhlər
Yevangelist deyilənlər katolikliyə və pravoslavlığa protesto edə-edə protestant-yevangelist olublar 16-cı əsrdən.İƏT də Yaxın Şərqdəki faciələrə protesto edə-edə sonunda hamısı protestant-islamist olacaq deyəsən.Çünki protest etməkdən başqa heç nəyə qadir deyil bu təşkilat.Yenə yığılıb qarğalar kimi qarıldaşıb gedəcəklər başlarını atıb yatmağa,atılan toplara da diksinməyəcəklər,qulaqlarının dibində top atsalar da oyanmayacaqlar...