İrəvan Türkiyə ilə sərhəddə yerləşən Marqara-Əlican keçid məntəqəsinin Ermənistan hissəsinin təmirini başa çatdırıb və üçüncü ölkə vətəndaşlarına, diplomatik pasportu olan şəxslərə xidmət göstərməyə hazırdır. Ermənilər Ankaradan da eyni addımı gözləyir.
“AzPolitika” xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Xatırladaq ki, Əlican sərhəd-keçid məntəqəsinin yenidən qurulmasına tərəflər arasında üçüncü dövlətlərin diplomatik pasportlara malik vətəndaşları üçün Türkiyə ilə Ermənistan arasında quru sərhədlərinin açılmasına dair razılıq əldə edildikdən sonra başlanıb.
İyulun 30-da Ermənistan və Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç Türkiyə-Ermənistan sərhədi ilə bağlı danışıqların növbəti raundunu keçirib, lakin bu məsələ ilə bağlı rəsmi nəticələr açıqlanmayıb.
“AzPolitika.info”


Şərhlər
Bəs səndə zəhmət çək, Zəngəzuru aç...