Menu

Banqladeşdə ara qarışıb - Baş nazir ölkədən qaçdı

05.08.2024, 17:35
Banqladeşdə ara qarışıb - Baş nazir ölkədən qaçdı

15 il ölkəni idarə etmiş Banqladeşin Baş naziri Şeyx Hasina kütləvi etirazlar nəticəsində ölkədə vəziyyətə nəzarəti faktiki olaraq itirdikdən sonra hərbi helikopterlə Hindistana qaçıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, 76 yaşlı baş nazir və onun bacısı Hindistanın şərqindəki Qərbi Benqal əyalətinə, Banqladeşlə sərhədin o tayına gediblər. Bəzi mənbələrə görə isə helikopter onları Hindistanın şimal-şərqindəki Tripura əyalətinə çatdırıb.

Həmçinin bildirilir ki, baş nazirin xaricə qaçdığı məlum olduqdan sonra minlərlə insan onun rəsmi iqamətgahına basqın edib.

Banqladeş ordusunun başçısı, general Vaqer-Us-Zaman xalqa müraciət edərək böhranın “bu axşama qədər” həll olunacağını deyib. O, prezidentlə müvəqqəti hökumətin qurulmasını müzakirə edəcəyinə, həmçinin hərbçilərin istefaya gedəcəyinə söz verib.

General son bir ayda küçə etirazları zamanı 300-ə yaxın insanın ölümü ilə bağlı araşdırmalara başlayacağını da deyib. Yerli medianın məlumatına görə, təkcə bazar günü küçə toqquşmalarında 14-ü polis olmaqla, azı 95 nəfər həlak olub.

Bu arada Banqladeşin paytaxtı Dəkkədə etirazçılar ölkənin ilk prezidenti və istefa vermiş baş nazir Şeyx Hasinanın atası Mucibur Rəhmanın xatirə muzeyini yandırıblar. İğtişaşçılar Şeyx Hasinanın “Avami Liqası” partiyasının ofislərindən birinə, həmçinin partiya sədrinin ofisinə də od vurublar.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-08-05 23:01:16

Acınnan belə eliyiblər.Baş nazir şappaşap qaşqaldaxdan,əncir qutabından,cüyür kababından,qarabaşşaq qovurmasından gecə-gündüz yeyib içib,bilməyib ki camaat acınnan qırılır.Bir də üsyan başlayanda yaxınları deyib ki,qaç oğlan,qaç,at basdı, millət gəlir.O da minib helikopterinə,qaçıb ee.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol