Menu

Məhkəmə yenə Trampı “sıxır” - Tələbi rədd edildi

06.08.2024, 12:17
Məhkəmə yenə Trampı “sıxır” - Tələbi rədd edildi

ABŞ Ali Məhkəməsi Donald Trampın porno ulduza susması üçün pul ödəməkdə ittiham olunduğu iş üzrə hökmün təxirə salınması tələbini rədd edib. Belə bir tələb Missuri ştatı adından verilmişdi.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Trampa qarşı işin seçicilərin prezidentliyə namizədi dinləmək hüququnu pozduğunu iddia edən Missuri ştatının iddiası qəbulı edilməyib. 

Tramp hələ də bu işlə bağlı ittihamları rədd edir və sentyabra təyin edilmiş hökmdən apellyasiya şikayəti verəcəyini vəd edir. Tramp, həmçinin 2020-ci ildə Co Baydenə uduzduğu seçkinin nəticələrinə təsir etmək cəhdində ittiham olunur.

Avqustun 1-də isə Nyu York Ştat Apellyasiya Məhkəməsi Trampın porno ulduzla bağlı işə etirazını rədd etmişdi. Apellyasiya Məhkəməsinin bu qərarı o deməkdir ki, özünə qarşı bütün cinayət işlərini siyasi motivli adlandıran Tramp artıq hökm çıxarılmazdan əvvəl ayrı-ayrı prokurorlar və işdə iştirak edən digər şəxslər haqqında açıq şərhlər verə bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol