Menu

Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır

06.08.2024, 14:31
Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol