Menu

Şoyqu İrana bu mesajı çatdırıb – Putin Xameneidən nə xahiş edib?

06.08.2024, 20:41
Şoyqu İrana bu mesajı çatdırıb – Putin Xameneidən nə xahiş edib?

Rusiya lideri Vladimir Putin İrandan İsrailə qarşı keçiriləcək əməliyyat zamanı mülki itkilərin qarşısını almağı xahiş edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” nəşri özəl mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, Putinin mesajı bu günlərdə İrana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu tərəfindən yüksək rütbəli İran rəsmiləri ilə görüş zamanı çatdırılıb.

Qeyd olunub ki, Putin İranın Ali dini lideri Əli Xamneidən HƏMAS liderinin öldürülməsinə təmkinli cavab istəyib.

Mənbələrin dediyinə görə, Yaxın Şərq böyük bir müharibənin astanasındadır və sui-qəsdin arxasında duranlar açıq şəkildə belə bir münaqişəni başlatmağa çalışırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol