“Avqustun 5-i gecə saatlarında İraqdakı Əl-Əsəd hava bazasında ABŞ və koalisiya qüvvələrinə qarşı raket hücumu olub. İlkin məlumatlara görə bir neçə ABŞ personalı xəsarət alıb”.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ hökumətinin sözçüsü bildirib. Hücumun detalları, potensial itkilər, dəyən ziyan dəqiq açıqlanmayıb.
İraqın Ənbar vilayətindəki bazaya hücuma görə məsuliyyəti İraqda yerləşən silahlı qruplaşma, İranın “proksi qrupları”ndan biri götürüb. ABŞ-ın bu ölkədə qalan əsgərlərini bir qismi həmin vilayətdədir. Bir neçə gün əvvəl ABŞ-ın hava zərbəsindən İraqda dörd iranpərəst qüvvələrə bağlı şəxs öldürülüb.
Son günlər İranın dəstəklədiyi qruplar ABŞ əsgərlərinə raket hücumlarını bərpa ediblər.
“AzPolitika.info”


Şərhlər