Menu

Azərbaycanın NATO-dakı səfiri və xanımı qarət olundu - Tapançanın qundağı ilə vurub...

06.08.2024, 21:31
Azərbaycanın NATO-dakı səfiri və xanımı qarət olundu - Tapançanın qundağı ilə vurub...

Bazar ertəsi günorta Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə quldurluqla üzləşib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Haqqin.az" saytı yazıb. 

Qeyd olunur ki, icarəyə götürdüyü skuterdə olan iki soyğunçu tapançanın qundağı ilə səfirin və onun həyat yoldaşının başına vuraraq, onlardan ümumi dəyəri 90 min avro olan iki cüt dəbdəbəli "Rolex" saatını qarət ediblər.

"AzPoıitika.info"

Şərhlər

TARİX 2024-08-07 14:04:50

YAXŞI YAŞIYIRIQ....

Hərbi təqaüdçü 2024-08-07 10:05:13

Ay millət səfirdən bu qədər pul var dövlət hardandır.Dəyərsiz babasından qalıb bax bu düz olar .A ha bəs babasında hardandı.Əşi bu lap kinodur ki xəbərimiz yox.

Eldeniz 2024-08-07 06:31:30

Goresen bu sefir de biznesmendir yoxsa diplimat ? 90 000 $ Rolex saati nece alib ? Hansi pulla ? Yeni sefire bu qeder yuksek maas verilir ki ? Halbuki bir usaq pulu deyende Sahil Babayev desmal goturub aglayir ..

Camal 2024-08-07 02:41:12

Saatları bu qiymətədirsə, başqa əmlakları milyona da ola bilər.. biabırçılıqdır...

RR 2024-08-07 01:41:06

Derd

dadaşyev 2024-08-07 00:09:29

Vallah o “Rolex” saatı məni qoymadı ki hadisə barədə düşünüm.A balam,sən qoluna 90 min avroluq saat niyə taxmalısan?Neft buruqların varmı,Mikrosftun şərikisənmi,İlon Mask üçün qörx dənə süni peyk düzəltmək sifarişi almısanmı?90 min avro 170 min manat puldu ee.O pula Şamaxinkada novostroykadan iki dənə mənzil almaq olar.Heç olmasa NATO-nun iclaslarında,BMT-də zadda tax gəz də onu.Taxıb küçəyə çıxmısan,soyğunçulara “gəl-gəl” deyib o bahalıqda saat,onlar da qarət ediblər də.Nə görməmişlikdi axı bu təmtəraq,bu dəbdəbə bizlərdə?Daha dünənə qədər kolxoz-sovxoz bolşevikləri deyildikmi?Nə tez özümüzü yüksək zadəganlar təbəqəsindən hesab etdik.Zadəganlıq milyonlarla əmələ gələn şey deyil.O,qanda olur,qanda.Varsa var,yoxdursa yoxdu.A balam,o boyda varidatı olan və Rusiya imperiyasının birinci gildiya taciri titulu verilən,çarın ən yüksək Georgiyevski xaçına sahib olan Tağıyevin qızını Peterburqda zadəgan qızlarının oxuduğu məktəbə almadılar ki,baban da,atan da vaxtilə bənna olub,bizim dədə-babamız kommunist-bolşevik ola-ola əlimizə ordan-burdan pul düşən kimi var-dövlətimizi nümayiş etdirməklə ondan artıq olacağıqmı?Türk demiş,pes vallahi yau kardeşim.

Adəm 2024-08-06 22:16:51

İsveçdə səfirimiz kimdir? Bilən varsa onun telefonunu mənə yazsın. Volvo lazımdır. Zakaz edəcəm.

Tacir 2024-08-06 22:13:16

Hörmətli səfir Cəfər müəllim. Xahiş edirəm aşağı yeri varsa bir ədədi 21500 avrodan mənə də 10-15 Roleks saatı gətirin. Yerindəcə srazı nağd odəyəcəm amma manat hesabı ilə...

Qulu 2024-08-06 22:08:07

Əcəba NATO-da Roleks saatı istehsal edildiyini bilmirdim.... Səfirlərimizin biri çaxır, digəri saat, o bilisi nə bilim banan alverinə girişiblər. Bəs deyirdilər səfirlər diplomatiya ilə məşğul olurlar. Mənə çoxlu balqabaq lazımdır. Bilmirsiz XİN- də balqabaq biznesini hasi səfirə həvalə ediblər?

Hacı 2024-08-06 22:02:00

Səfir və arvadı 90000 (bizim pulla 165000) iki cüt roleksi küçənin ortasında gəzdirirsə daha mənim sözüm yoxdu. Bunlar hərəsi hər iki qolunda roleks taxırlar? Bunlar saat alveri edirlər? Bunlar nə qədər qazanır ki, təkcə saata 165000 manat verirlər? Çoxlu suallar yaranır...

Hacı 2024-08-06 21:59:11

Səfir və arvadı 90000 (bizim pulla 165000) iki cüt roleksi küçənin ortasında gəzdirirsə daha mənim sözüm yoxdu. Bunlar hərəsi hər iki qolunda roleks taxırlar? Bunlar saat alveri edirlər? Bunlar nə qədər qazanır ki, təkcə saata 165000 manat verirlər? Çoxlu suallar yaranır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol