Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
"AzPolitika" Tofiq İbrahimovun dosyesini oxucularına təqdim edir:
Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələ şəhərində anadan olub. O, 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib.
T.İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.
4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.


Şərhlər
Bəs Cənab Prezident nə zaman Şəki İcra başçısı Usubynı (Azərbaycanda Yusifov,Ermənistanda Usubyan soyadları olur) və onun 30 ildən artıqdır Şəkini dğıdan daimi müavinini azad edəcək?Axı Şəkidə artıq bir şəhər sifəti qoymadılar.Nə zaman buna diqqət veriləcək?
Görəsən Şəki İcra Hakimiyyətinin başçısı elxan Usubov və 1-ci müavini həsən Həsənov nə vaxt işdən azad olunacaqlar ? elxan Usubov 14 ildir ki, Şəkinin İcra Başçısı vəzifəsini zəbt edib, onun 1-ci müavini həsən Həsənov isə 27-ildir ki, 1-ci müavin vəzifəsini zəbt edib. Bütün vəzifələr, DMs -nın üzvüləri, icra nümayəndələri , Bələdiyyə sədrləri onların yaxın qohum qardaşlarıdır........
Goranboyda bas veren huquq pozuntularina ve yaritmaz fealiyyetine gore meherrem quliyevin vezifeden azad edilmemesi sual yaradir?
Day ogradigi nəslinə bəs edər