Menu

Avstriyada Teylor Sviftin konsertində terror törətmək istəyən şəxslər saxlanılıb

07.08.2024, 21:38
Avstriyada Teylor Sviftin konsertində terror törətmək istəyən şəxslər saxlanılıb

Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.

Saxlanılanlardan birinin 19 yaşı var, ondan kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi.

Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək.

Konsertlərin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol