Respublikaçı və ABŞ-ın 43-cü prezidenti George Bush qardaşı Jeb Bushu 2016-cı ildə keçiriləcək seçkilərdə prezidentlik uğrunda mübarizəyə çağırıb.
O bunu CNN televiziyasına müsahibəsində deyib.
Florida ştatının keçmiş qubernatoru Jeb Bush bu ilin aprelində bildirmişdi ki, yekun qərarı ilin sonunda qəbul edəcək.
George Bush 2001-2009-cu illərdə ABŞ prezidenti olub.
ABŞ-ın 41-ci prezidenti olan ata Bush isə 1989-1993-cü illərdə hakimiyyətdə olub.
Hazırda onun 90 yaşı var və sağ olan ən yaşlı keçmiş ABŞ prezidentidir.


Şərhlər