Ermənistan ordusu daha bir itki verib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı əsgər Qarik İspəryan cəbhə xəttində aldığı güllə yarasından ölüb.
Ermənistan Müdafiə Nazirliyi Q.İspəryanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü bildirib.
Əsgərin hansı şəraitdə öldürülüdüyünə dair təfərrüatlar barədə xəbər verilmir.


Şərhlər