Rusiyanın ən varlı adamlarından biri, Vladimir Putinə yaxınlığı ilə tanınan milyarder Oleq Deripaska Ukraynada müharibənin dərhal dayandırılmalı olduğunu deyib.
“AzPolitika” xəbər verir ki, Yaponiyanın “Nikkei Asia” nəşrinə müsahibəsində Deripaska bu müharibəni “ağılsızlıq” adlandırıb.
Nəşr qeyd edir ki, milyarder həmçinin, Rusiyanın müharibə ilə bağlı hərbi xərclərini tənqid edib. "Müharibəni dayandırmaq istəyirsənsə, əvvəlcə atəşi dayandırmalısan" deyən iş adamı "dərhal və qeyd-şərtsiz atəşkəsə" çağırıb.
Jurnalistlərin Rusiya prezidenti ilə indiki münasibətinin necə olduğunu soruşduqda iş adamı “heç bir dəyişiklik yoxdur”, - deyə cavab verib: “Onlar(Kreml) mənə toxunmur, biz də (iş adamları) siyasətə toxunmuruq”.
Oleq Deripaska bundan əvvəl də Ukraynadakı müharibə haqqında bir neçə dəfə danışıb. O, müharibənin hələ ilk dövrlərində "Ukraynanı məhv etmək böyük səhv olardı",- deyə qeyd etmişdi.
“AzPolitika.info”


Şərhlər