Rusiyanın “Arbat” batalyonunun yaraqlıları Rusiya ilə Ukrayna Silahlı Qüvvələri arasında ağır döyüşlərin getdiyi Kursk vilayətinə gəliblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb və video paylaşıblar.
“Arbat” batalyonu və ya “erməni batalyonu” Hayk Qasparyan adlı cinayətkarın tabeliyindədir. O, həbsdə olduğu müddətdə “Vaqner” PMC-nin sıralarına qoşulub və orada hücum qrupunun komandiri rütbəsinə qədər yüksəlib. Bundan əvvəl də Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş “erməni batalyonu”nun artıq bir neçə dəfə “başı əzilib”. İndi isə batalyonun qalıqları və ona yeni cəlb edilən ermənilər Kurska göndərilib.
Bundan əlavə, bildirilir ki, “Vaqner” muzdluları da Kursk vilayətinə gəlib və artıq Sudja şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar.
“AzPolitika.info”


Şərhlər