Menu

Bir həftədə dördüncü zəng - İrana qarşı operativ hazırlıq barədə məlumat verildi

09.08.2024, 13:17
Bir həftədə dördüncü zəng - İrana qarşı operativ hazırlıq barədə məlumat verildi

İsrail müdafiə naziri Yoav Qallant və ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

"Qallant ABŞ müdafiə nazirinə İsrail Müdafiə Qüvvələrinin (IDF) ölkəni İrana və onun regiondakı proksilərinə qarşı müdafiə etmək üçün operativ hazırlıq barədə məlumat verib", - Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, tərəflər ABŞ qüvvələrinin və aktivlərinin bölgəyə yerləşdirilməsindən sonra ABŞ və İsrailin müdafiə imkanlarının qarşılıqlı fəaliyyətini müzakirə edib.

Qallant həmçinin "Qəzzada olan girovların geri qaytarılmasını təmin edəcək razılaşmanın tezliklə əldə edilməsinin vacibliyini vurğulayıb".

Bu artıq həftə ərzində nazirlər arasında dördüncü telefon danışığıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol