“BU MARAQLARLA BAĞLI HEÇ BİR GÜZƏŞTƏ GEDİLMƏMƏLİDİR!” - Azərbaycan-Ermənistan danışıqlar prosesində nə baş verir?
"Azərbaycan hakimiyyəti dünyamızın, regionumuzun, xüsusilə də millətimizin və dövlətimizin çox mürəkkəb, həsas bir inkişaf dövründə olduğunu nəzərə almalı, özünü müharibədən sonrakı ilk dövrdə olduğu kimi qalib tərəf kimi aparmalıdir!"
İstiqlalçı millət vəkili, milli siyasət üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika.info”-ya göndərdiyi yazıda Azərbaycan-Ermənistan sülh prosesinin aktual məsələləri haqqında fikirlərini açıqlayıb.
Həmin yazını təqdim edirik: "Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda apardığı son danışıqlardan sonra Ermənistanla müzakirə olunan sülh müqaviləsilə bağlı rəsmi Bakının hazırkı mövqeyini “Azadlıq” radiosunun bölgə müxbiri Coşua Kuçeraya (Joshua Kucera) müsahibəsində açıqlayıb.
Əvvəla qeyd edim ki, bu, Ermənistanla aparılan sülh danışıqları ilə bağlı verilən ilk çoxdetallı geniş açıqlamadır. Deməli, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə (birbaşa olmasa da) danışıqlar prosesində yaranmış bugünkü durumla bağlı cəmiyyətə məlumat vermək qərarına gəlib. Və birincisi, atacağı ciddi addımlardan öncə əldə olunan nəticələrlərlə bağlı cəmiyyəti məlumatlandırmaq, ikincisi, ictimai rəyi məqsədyönlü formalaşdırmaq, üçüncüsü, ən başlıcası isə məsuliyyəti cəmiyyətlə bölüşmək, paylaşmaq istəyir. Bu səbəblə, bir vətəndaş, istiqlalçı millət vəkili kimi mən də qısaca, lakonik olaraq verilən açıqlamaya, sülh prosesinin aktual məsələlərinə, daha dəqiq desək, bu məsələlərlə bağlı rəsmi Bakının mövqeyinə öz münasibətimi bildirmək ehtiyacı hiss etdim.
Elçin Əmirbəyovun müsahibəsindən aydın olur ki, “Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə (! – S.Ə.) maneədir”.
Əmirbəyovun təbirincə desək, “sülh prosesinin qarşısında duran yeganə maneə” ilə bağlı o da məlumdur ki, revanşist qüvvələr, müxalifət bir yana, məğlub Ermənistan hakimiyyəti belə bir neçə aydır Konstitusiyanın dəyişdirilməsinin Ermənistanın daxili işi olduğunu hər fürsətdə təkidlə qeyd edir. Düzdür, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin əvvəlində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. İki ay əvvəl Ermənistan hökumətinin başçısı 2026-cı ilin sonuna kimi bu sənədin layihəsinin işlənib hazırlanması və təsdiq edilməsi barədə göstəriş də verib. Əmirbəyovun sözlərinə görə, Paşinyan bu məsələni Azərbaycan hökumətinin nümayəndələri ilə də müzakirə edib. Lakin onun da müsahibədə bildirdiyi kimi, “İndi isə o (N.Paşinyan – S.Ə.) belə arqument irəli sürmək istəyir ki, belə bir dəyişiklik siyasi baxımdan çox çətin prosesdir və ya Konstitusiya layihəsi yalnız 2027-ci ildə hazır ola bilər.”
Halbuki Azərbaycan Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsindən danışır və bunun üçün illərlə müzakirəyə ehtiyac yoxdur. Deməli, məğlub Ermənistan hakimiyyətinin belə Azərbaycanın “sülh prosesinin qarşısında duran yeganə maneə” hesab etdiyi bu məsələ ilə bağlı güzəştə getmək niyyəti yoxdur.
İndi gələk Azərbaycan hakimiyyətinin artıq sülh prosesinin qarşısında duran maneə hesab etmədiyi məsələlərə. Bunlar əvvəla Əmirbəyovun da qeyd etdiyi, özündə Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən digər problemli iki məsələdir: biri “ləğv edilməli olan ATƏT-in Minsk Qrupu” (1), digəri “Ermənistanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar” (2) məsələsidir.
Əmirbəyovun sözlərinə görə, Ermənistan yalnız sülh müqaviləsi imzalandıqdan sonra (!) həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Yəni, birincisi, sülh müqaviləsi imzalananadək bu məsələlərin həlli ilə razılaşmayıb, ikincisi, yalnız sülh müqaviləsi imzalandıqdan sonra həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Həll edəcəyinə deyil, həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Açıq desək, bu məsələlərlə bağlı olaraq da qalib Azərbaycanın tələblərini faktiki rədd edib. Kim inanar ki, Ermənistan heç yazılı olaraq imza atdığı sənədlərin tələblərini belə yerinə yetirmədiyi halda, şifahi verdiyi sözləri, centlmen razılaşmalarını yerinə yetirəcək?!
Azərbaycan hakimiyyətinin artıq sülh prosesinin qarşısında duran maneə hesab etmədiyi digər bir məsələ isə “Zəngəzur dəhlizi”(3) məsələsidir. Əmirbəyovun açıqlamasından o da aydın olur ki, sən demə Tərəflər eyni zamanda Azərbaycan ərazisinin əsas hissəsini eksklav durumuna salınmış Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yol və ya “Zəngəzur dəhlizi” ilə bağlı qarşılıqlı məqbul variant tapıblar.
Əmirbəyov öz müsahibəsində deyir: “Başa düşdük ki, Konstitusiya məsələsindən əlavə daha bir fikir ayrılığını – nəqliyyat kommunikasiyalarının açılması məsələsini kənara qoysaq (yəqin burada texniki səhvə yol verilib, Əmirbəyov “qoymasaq” deyib – S.Ə.), yaxın gələcəkdə sülh müqaviləsi bağlaya bilməyəcəyik. Ona görə də qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və sonrakı mərhələdə ona qayıtmaq qərarına gəldik. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Azərbaycanla Naxçıvan arasında əlaqənin bərpası üçün məqbul formul tapmaq yönündə danışıqları bərpa edə bilərlər”.
İndi yekun olaraq danışıqlar prosesində nə baş verdiyini anlamağa çalışaq. Qısası, anlaşılan odur ki, qalib Azərbaycan hakimiyyəti danışıqlar prosesində məğlub Ermənistan hakimiyyətinə digər iki güzəştlə birlikdə, nə az, nə çox “Zəngəzur dəhlizi” ilə bağlı məsələdə də güzəştə gedib. Və ya güzəştə getməyə məcbur qalıb.
Mən həyati milli maraqlarımızla, eyni zamanda qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin və TDT-nin perspektiv inkişafı ilə bağlı olan bu həyati vacib məsələ ilə əlaqədar olaraq bir vətəndaş, istiqlalçı millət vəkili kimi duyğusallıqdan uzaq münasibət bildirməyə maksimum cəhd etdim. Lakin dərin təəssüf və ağrı hissi ilə qeyd etməliyəm ki, məğlub Ermənistan hakimiyyətilə aparılan danışıqlar prosesində qalib Azərbaycan hakimiyyətinin nəticədə bu gün gəlib çıxdığı açıqlanan (təbii, hələ açıqlanmayan məsələlər də ola bilər) bu mövqenin, bu yanaşmanın nə qalib mövqeyimizə, nə milli maraqlarımıza, nə qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin, nə də TDT-nin inkişaf perspektivinə cavab verdiyini düşünmürəm.
Çünki Əmirbəyovun müsahibəsindən aydın olur ki, qalib Azərbaycan hakimiyyəti danışıqlar prosesində məğlub Ermənistanın və arxasındakı güclərin (ilk növbədə ABŞ-nin) təkidli, dayanıqlı və davamlı səylərinin, təsir və təzyiqlərinin nəticəsində artıq:
- Ermənistanın ATƏT-in Minsk Qrupunun ləğv edilməsilə (1) və beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan vaz keçməsilə (2) bağlı Azərbaycanın qoyduğu haqlı tələbləri qəbul etməməsini;
- “Zəngəzur dəhlizi”nin açılmamasını (3), Naxçıvan MR-in Ermənistan tərəfindən blokadada saxlanmasının davam etməsini, Azərbaycanın fiziki olaraq – təhlükəsizlik təminatı altında olan dəmir və avtomobil yolları, neft və qaz kəmərləri, enerji xətləri, fibrooptik kabellər və s. vasitəsilə bütövləşməməsini;
- bu üzdən aralarında birbaşa quru əlaqəsi, coğrafi bağ olmayan qardaş Türkiyə ilə Azərbaycanın həqiqi, etibarlı, dayanıqlı və davamlı strateji müttəfiqlik perspektivinin sual altına düşməsini;
- eyni səbəblə, geopolitik Turan layihəsi kimi baxılan TDT-nin türk dövlətlərinin həqiqi, etibarlı, dayanıqlı və davamlı strateji müttəfiqlik perspektivinin sual altına düşməsini;
- əvvəllər olduğu kimi, türk dünyası ilə onun lideri olan Türkiyə arasında birbaşa və ən qısa fiziki bağın, əlaqənin qurulmasına imkan verilməməsini sülh müqaviləsinin imzalanması üçün maneə hesab etmir.
Bu gün yeganə maneə hesab etdiyi məsələ budur ki, “Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil” (4). İndi kim təminat verə bilər ki, Azərbaycan hakimiyyətinin sülh prosesində əsas maneə hesab etdiyi qeyd olunan dörd məsələdən üçündə, ələlxüsus da “Zəngəzur dəhlizi” kimi strateji önəmli bir məsələdə artıq güzəştə gedilibsə, bu sonuncu məsələdə də güzəştə gedilməyəcək?!
Təəssüf ki, hazırkı qlobal və regional inkişaf perspektivləri və meylləri, danışıqlar prosesində yaranmış mövcud durum, eyni zamanda qarşıdan həm Azərbaycanda, həm də ABŞ-də seçkilərin gəldiyi, ölkəmizin COP29-a hazrılaşdığı bir dövrdə sülh müqaviləsinin imzalanması üçün xarici səylərin, təsir və təzyiqlərin artacağının, ümumiyyətlə ölkəmizin xarici təsirlərə həssaslığının artacağının gözlənilən olması bu qayğı və narahatçılığı artırmaqdadır.
Azərbaycan hakimiyyəti dünyamızın, regionumuzun, xüsusilə də millətimizin və dövlətimizin çox mürəkkəb, həsas bir inkişaf dövründə olduğunu, övladlarımızın qan tökərək döyüş meydanında əldə etdiyi hərbi qələbənin nəticələrini danışıqlar masasında siyasi-hüquqi baxımdan təsbit etmək üçün qatbaqat daha artıq çalışmalı olduğunu nəzərə almalı, özünü müharibədən sonrakı ilk dövrdə olduğu kimi qalib tərəf kimi aparmalı, ən başlıcası həyati milli maraqlarımızı, qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin və TDT-nin perspektiv inkişaf maraqlarını rəhbər tutmalı, bu maraqlarla bağlı heç bir məsələdə düşmənə güzəştə getməməlidir.
Hakimiyyət unutmamalıdır ki, müharibədə olduğu kimi, bu məsələdə – danışıqlar prosesində də millətimiz və onun bağrından çıxan ordumuz, əlbəttə, yenə də onun arxasındadır. Bütün bunlar nəzərə alınarsa, şübhəsiz yekunda döyüş meydanında olduğu kimi danışıqlar masasında da istədiyimizə nail ola bilərik. Və olmalıyıq. Başqa yol yoxdur.
Tanrı millətimizi və dövlətimizi qorusun! Tanrı birlik və bərabərliyimizi daimi eləsin. Amin!"
09 avqust 2024-cü il
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Çarlığın 1795 və 1918ci illərdə muxtarlıq, respublika statusu razılığı üçün saxta *erməni* milliyyəti adlandırdığı anti-katolik qruplaşması elə həmin illərdən yerli 83-100% türk-azərbaycanlılara qarşı yeni ərazi iddiaları deport, *Miatsum!* genosid cinayətləri törətdiyi halda, nəinki hər hansı azərbaycanlının, hətta hər hansı ədalətli hüquqşunasın Ermənistanla sülh təklifi şübhə vermirmi?
Evvela, minsk qrupu oz missiyasini ve leyaqetini coxdan itirib, qaldi ki, ermenistan beynelxalq mehkemeye ne uzle iddia ile muraciet edib? 9 min kv.km. evezine elave 20 min kv.km. erazini zebt etdiyine gore? Bu meselelerle bagli, bir anda dayanmadan beynelxalq alem qarshisinda mesele qaldirmaq ve tarixi faktlari uze cixarmaq lazimdir.
O ki qaldı Konstitusiyanın preambula məsələsinə..nə fərqi var ki, o harada yazılıb...Ermənistan hesab edir ki, bir halda Konstitusiyanı dəyişirik, onda onu tamam dəyişək, hər gün konstitusiya dəyişmək olmur axı..Ancaq konstitusiyada olan ərazi iddiaları, qenosid məsələsi, təkcə bu iki məsələ kifayətdir ki, Ermənistan içindən partlasın...Paşinyan buna hazır deyil..bu məsələdə stabilliyə yeganə qarant rolunu Rusiya oynaya bilər, onun Ermənistan cəmiyyətinə və siyasi qüvvələrinə təsiri çox böyükdür, lakin Rusiya isə buna elə-belə razılaşmaz, əvəzində Zəngəzur dəhlizinə nəzarət, 102 hərbi bazanın qalmasına qarantiya və s. Odur ki. Necə deyərlər “ yuxarı baxıram bığdır, aşağı baxıram saqqal”
Sülhəddin bəylə razı deyiləm...ən vacib məsələ sülh müqaviləsidir... yerdə qalanlar ikinci dəəcələ məsələlərdir... Əgər sülh müqaviləsi bağlansa, Mins qrupu qaldığı halda , neynəyəcək, onu ləğv edəcəkmi ? Boş məsələdir, o cümlədən məhkəmə iddiaları...Əgər sülh müqaviləsində tərəflərin bir-birinə heç bir iddia və tələbi olmması barəsində bir bənd olacaqsa, perspetivi olmayan bu iddialar da avtomatik həllini tapır... o ki, qaldı “Zəngəzur dəhlizi”nə...Əgər olunan “güzəşt” dəhlizə nəzarətin hər hansı bir beynəlxalq quruma verilməsi ilə bağlıdırsa, bu güzəştə getmək olar, nəinki nəzarəti Rusiyaya vermək və yaxud Ermənistanda saxlamaq..biz qalib tərəf olsaq da, yaddan çıxartmayaq ki, böyük güclər bizə qalib olmağa imkan verdilər, indi isə Ermənistanı möhkəm silahlandırırlar, fürsəti fövtə vermək olmaz...sabah gec ola bilər...siyasətdə bir az praqmatik olmaq lazımdır..