Menu

“Medal sanki müharibəyə gedib, qayıdıb” - Paris Olimpiadası ilə bağlı daha bir tənqid

09.08.2024, 16:55
“Medal sanki müharibəyə gedib, qayıdıb” - Paris Olimpiadası ilə bağlı daha bir tənqid

Paris 2024 Olimpiadasının medallarının cəmi bir həftə ərzində nəzərəçarpacaq dərəcədə köhnəldiyi ortaya çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə amerikalı skeytbordçu Nyjah Huston sosial media hesabından paylaşım edib.

O, qısa zaman ərzində yararsız vəziyətə düşən olimpiya medallarının keyfiyyətini tənqid edib.

“Olimpiya medalları yəqin ki, düşündüyünüz qədər keyfiyyətli deyil. Keyfiyyəti bir az da yüksəltmək lazımdır. Medal sanki müharibəyə gedib, geri qayıdıbmış kimi pis görünür”, -deyə Huston bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol