Menu

Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib

10.08.2024, 10:06
Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib.

Bu barədə birinci xanım sosial şəbəkədə yazıb:

"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!", - deyə paylaşımda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol