Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin seçki dairələri üzrə adlarını açıqlayıb.
“AzPolitika.info” saytı dairələr üzrə şanslı namizədlər, əsas rəqiblər, sürpriz namizədlər və eləcə də ya müxalif partiyalardan deputat mandatı almaq imkanı yüksək olan iddiaçılar haqqında araşdırmalarını təqdim edəcək.
İlk olaraq 10 saylı Binəqədi üçüncü seçki dairəsinə diqqəti çəkmək istərdik. Bu dairədə əsas mübarizənin müxaliflətdən olan namizədlər arasında gedəcəyi şübhə doğurmur. Belə ki, bu dairədə Müsavat Partiyasının başqan müavini Razim Əmraslanlı və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əsas iddiaçılar qismində görünür.
Hakim Yeni Azərbaycan (YAP partiyası bu dairədən bələdiyyə sədri Hümbət Hüseynovun namizədliyini irləi sürüb. Ancaq onun şansları aşağı qiymətləndirilir. YAP-ın da onun namizədliyini, sadəcə, dairəni boş buraxmamaq üçün verdiyi ehtimal olunur.
Qeyd edək ki, bu dairədən Demokratik İslahatlar Partiyası, Yeni Zaman və Milli Cəbhə Partiyaları da namizədlər irəli sürüb.
“AzPolitika.info”

Şərhlər
Əhalini doıanışıq çarəsizliyinə,,təhsil.səhiyyə və digər sahələrdə zülm edilməsi,polis z0rakılığı və şərləməsi vüsət alan , yalançı müxalifətin mövcud olduğu,bütün sahələrdə qanun pozulduğu məmləkətdə hansı demokratoyadan.seçkidən danışmaq doğru olar?
Azərbaycanda müxalifət Var?Bu yalnız qırmızı kitabda rast gəlinə bilər. Guya İsa Qənbər,Əli kərimli müxalifətir?Vallah yalan sözdür!Onlar hakimiyyətən qrant alan işbazlardr.
Böyük taxıl zəmisinin içində də mütləq bir-iki dənə yanmış tənha qarğıdalı olur. Əgər buğda səpərkən birisi çiy sütül qarğıdalı yeyə-yeyə səpirsə o qarğıdalı toxumlarından bir-ikisi torpağa düşür və bitir o tənha qarğıdalılar. Məsəla.Yəni.
Boşuna yazılar hamını yorub və onun başlığı görünən kimi düyməyə basılır.Ölkədə seçki var ki, hələ namizədlər irəli sürülsün?Mandat veriləcək siyahi çoxdan Məzahirə çatdırılıb.Bu boş-boş yazılar artıq heç kəsə maraqlıdeyil."Samed skazal,tak i budet!?Yaddan çıxmasın.60 ildir Azərbaycanda demokratik seçim olub7