Bu gün Azərbaycan Mərkəzi Seçki Momissiyası (MSK) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin adlarını öz saytında (msk.gov.az) yerləşdirib. 125 dairə üzrə deputatlığa iddiaçıların adlarını həmin siyahıdan öyrənmək mümkündür.
Bununla belə Naxçıvan Ali Məclisinə 1 sentyabr tarixində keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin adları açıqlanmayıb. Naxçıvan Mərkəzi Seçki Komissiyası müvafiq siyahını öz elektron ünvanında (nmsk.gov.az) yerləşdirməyib.
Seçki Məcəslləsinə görə, Mərkəzsi Seçki Komissiyası seçkilərin keçirilməsinə 20 gün qalmış qeydə alınmış namizədlərin adlarını elan etməlidir. Günman etmək olar ki, gün ərzində Naxçıvan MSK-da bu addımı atacaq.
“AzPolitika.info”


Şərhlər