1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun sabiq prezidenti Günay Əfəndiyeva deputat seçilə bilər.

“AzPolitika” xəbər verir ki, onun namizədliyi 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürülüb.

Hakim Yeni Azərbaycan Partiyası bu dairədən orta məktəb müəllimi Vüsalə Rəsulovanı namizəd göstərib.

Maraqlı məqamlardan biri də odur ki, bu dairə üzrə yarışacaq 7 namizədin 6-sı qadındır, yeganə kişi namizəd Ağababa Əzməmmədov isə bitərəf və işsizdir.

Günay Əfəndiyevanın rəqibləri olan xanımların biri işsiz, digərləri isə orta məktəb müəllimləridir.

Qeyd edək ki, “AzPolitika” hələ seçki prosesi başlamazdan əvvəl Baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı, diplomat Günay Əfəndiyevanın da mandat ala biləcəyini qeyd etmişdi

Rasim

“AzPolitika.info”