Menu

XANIM POLİTOLOQ DEPUTAT OLA BİLƏR – Xəzər seçiçilərinin parlamentdə yeni təmsilçisi kim olacaq?

10.08.2024, 20:30
XANIM POLİTOLOQ DEPUTAT OLA BİLƏR – Xəzər seçiçilərinin parlamentdə yeni təmsilçisi kim olacaq?

VII çağırış Milli Məclisdə 13 saylı Xəzər ikinci seçki dairəsinin seçicilərini yeni deputat təmsil edə bilər.

“AzPolitika” xəbər verir ki, bu dairədən Benəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü, politoloq Gülşən Paşayeva bitərəf kimi namizədliyini irəli sürüb.

Yeni Azərbaycan Partiyası bu dairəsən 218 saylı orta məktəbin müəllimi Cəlahir Əliyevi namizəd göstərib.

Siyasilərə gəldikdə Ağ partiya başqanının müavini Əhəd Məmmədli, Ümid Partiyasından Şükür Cavadov, Milli Cəbhə Partiyasında Mirəzim Cavadov da iddiaçılar sırasındadır. Digər namizədlər müəllim, muzey işçısı və başqa peşə sahiblərdir.

Redaksiyamıza daxil olan məlumata görə, Gülşən Paşayevanın bu dairədən mandat alması daha çox ehtimal olunur.

VI çağırış Milli Məclisdə bu dairəni deputat Rauf Əliyev təmsil edib. O, 1 sentybar seçkilərində namizədliyini irləi sürməyib.

“AzPolitika.info”  

Şərhlər

X-ya 2024-08-12 11:13:25

... Əgər elədirsə seçiləcək

X 2024-08-11 11:14:01

bu qadının Amüerikadakı ermənilərlə gizli əlaqələri vardır, buna əmin ola bilərsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol