Menu

AMİP SƏDRİ DƏ DEPUTAT OLA BİLƏR – Ciddi rəqibi yoxdur...

10.08.2024, 15:14
AMİP SƏDRİ DƏ DEPUTAT OLA BİLƏR – Ciddi rəqibi yoxdur...

Ölkədə 1 sentybarda keçiriləcək növbədənkənar parlament seçkilərində daha bir müxalif partiyanın sədrinin deputat mandatı almaq şansı var.

“AzPolitika” xəbər verir ki, 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim partiya prinsipial namizəd irəli sürməyib. YAP bu dairədən 271 saylı orta məktəbin direktoru Səbinə Qasımovanı müdafiə edir. Təcrübə göstərir ki, hakim partiyanın bu qəbildən olan namizədləri adətən deputat seçilə bilmir.

Sözügedən dairdə iqtidarın müdafiə edəcəyi bitərəf iş adamları və ya başqa sahənin təmsilçiləri də yoxdur. Namizədlərdən ikisi - 19 və 21 yaşlı işsiz gənclər İbrahim Muradov, Şəhriyar Həsənli, eyni zamanda Ramana və Balaxanı bələdiyyələrinin 74 və 26 yaşlı əməkdaşlarıdırlar.

Bu dairədən mandata əsas iddiaçı isə Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadədir. Siyahıdan görünür ki, AMİP sədrinin ciddi rəqibi yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol