“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qobustan rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı növbəti tədbirini keçirmişdir.
Tədbir Qobustan rayon Gənclər Evində baş tutub.
Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aytən Əhmədova qonaqları salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniya haqqında geniş məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, narkomaniyanın respublikamızda yayılmasının əsas səbəblərindən biri bizi əhatə edən, bizi istəməyən qonşu dövlətlərin məkrli planıdır. Ölkəmizin inkişafını, Qarabağdakı qələbələrimizi həzm edə bilməyən qüvvələr bu yolla gəncliyimizə zərbə vururlar.
Rayon Polis Şöbəsinin əməkdaşı Nicat Əliverdiyev bu sahədə rayonda görülən proflatik tədbirlərdən qanışıb. O, qeyd edib ki, rayonda məktəblilər və gənclər arasında tez-tez antinarkomaniya mövzusunda görüşlər keçirilir.
Rayon Ağsaqqallar Şurasının sədr müavini, qocaman təhsil işçisi Ənvər Qayıbov mövzu ətrafında iştirakçılara öz fikirlərini bildirib.
Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.


Şərhlər
Tədbir keçirmək” dəbi bolşevizm dövrünün qurultayvari iclaslarına niyə bənzəməlidir müstəqillik zəmanəmizdə?Uzun stol arxasında əyləşən çiçi kostyumlu iclas aparanlar mütləq rəiyyətdən yuxarıda oturmalıdırlar,bunun üçün də iclas yeri açıq havada camaatla birbaşa ünsiyyət şəklində deyil,qapalı salonlarda,mədəniyyət evlərində,akt zalında-filanda olmalıdır,çünki mədəniyyət evlərində zallarda aktyorların tamaşaları üçün səhnə olur ki,aktyorlar oyun çıxaranda zaldakıların hamısı görsün.Ona görə də iclasa gətirilənlər komsomol iclasına gəlirlərmiş kimi həvəssiz olurlar. Kim çıxış etdi,kim nə dedi,heç kəsin umrunda olmur,çünki hərənin öz problemi var xüsusilə də aclığın tüğyan etdiyi əyalətlərdə.İş-güc yox,maaş-pensiya dilənçiyə verilən sədəqə qədər,bəzi rayonlarda küçəyə mal-qara çıxanda da tutub ştrafnoya aparıb sahibini hər inəyə 40 manat ştraf edirlər ki,inəyin küçəylə gedirdi,niyə?Gülürsünüz hər halda.Oğuzda tanışınız varsa zəng edin soruşun,görün doğrudur ya yalan.Hələ deyəcəklər o rayonda bir rəis peyda olub,məktəbə uşaqlarla görüşə getdiyi zaman qabaqcadan on-on beş polis məktəbə gedib uşaqları qorxudur ki,özünüzü yaxşı aparın haa,rəis gələcək,artıq-əskik sual verməyin ona,birdən hansı sözü isə düz deməsə gülməyin,çünki gənc olmasına baxmayaraq çox sərt,hirsli adamdı.Vay dədəə! İşə bax ee! Çingizxan gələcəkmi uşaqlarla görüşə?!Məktəbə də belə gedərlərmi?Bu tədbirdə də polis şöbəsinin əməkdaşı olub.Qorxu lazımdı.Amma qorxu-qadağa olan şeylər həmişə risqli görünür deyə gəncləri cəlb edir.Polisin yerinə narkoloq həkimlər çıxış etsəydilər,narkomaniyanın nələr törətdiyindən danışsaydılar çox daha təsirli olmazdımı? A balam,insanlarla onların anladığı dildə danışmaq lazımdır.İlk növbədə qarınlarını doyurmaq lazımdı.Ac qarınları,problemli başları olan bədbəxtlərə belə komsomolvari iclaslarda nəyisə anlatmaq əsla mümkün deyil,çünki bilirlər ki bunlar ancaq “quş qoymaq” üçündür.Yuxarılar soruşanda ki tədbir keçirdinizmi?Desinlər bəli. Yuxarılar da “buna da bir quş” deyib daha yuxarılara göndərsinlər quşları.Az qalsın unutmuşdum, məktəbli uşaqları rəisin sərtliyi ilə qorxudanda uşaqlardan birisi gülüb.Polis deyib niyə gülürsən? Uşaq da deyib ki bir şəkili Braziliyadan sekvoyya ağacı gətirib həyətində əkib,deyiblər cavan oğlansan,sekvoyyan da var artıq,həyətdə mıx kimi durub,bir qalır evlənmək,tərpən də,bax o qonşuya bir qız gəlib kvartirant,get bir söhbət elə,bəlkə qismətindi.Deyib adı nədi qızın?Deyiblər Mülayim.Deyib sərt olub sekvoyyamın başını yeməyəcək ki.
“Sağlam Yaşa” birliyi ölkədə narkomaniyanın geniş yayılması səbəbini qonşularda görürsə demə
k bu birlikdə zəlalət və cahillik hökm sürür. Bunlara qrand verənlər nə deyib belə savadsızlara pul ayırır. Narkomaniya kasıblar arasında işsizliyin yaratdığı isosial gərginlikdən, varlılar arasında isə harınlıqdan qidalanır.Burada müəyyən mənada mafiyanın da təsiri olmamış deyil. Ancaq bütün hallarda bu zəhrimar bəlli sərhəddən keçir. Orada indiyədək onqat artıq müşahidə sistemi qurmaq olardı. Nə üçün bu edilmir? Əsl səbəb budur, ay binəvalar. Və vaylar olsun sizin halınıza. Sizə gənc demək olar? Səbəbkar qonşular imiş.
İranla əlaqələr tam kesilmedikce narkomaniyanın qarşını almaq çox çətin olacaq
Azərbaycanda narkomaniyyanın yayılmasının əsas səbəbi Azərbaycana plantasiya salanlar.Sərhəd və,Gömrük nəzarəti,satışına krışalıq edənlərin bəzi güc strukturları oluğuna heç kimin şübhəsi yoxdur.