Məlum olduğu kimi, sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilib.
"AzPolitika" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən həmin siyahıda müxtəlif peşə sahələrində çalışan deputatlığa namizədlərin adları yer alıb.
Diqqət çəkən məqamlardan biri siyahıda su təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışan namizədlərin sayının çoxluq təşkil etməsidir.
Həmin namizədlərin adlarını təqdim edirik:
1 saylı Şərur-Sədərək seçki dairəsi
Şıxəliyev Şıxəli - Şərur rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin su təmizləyici qurğular kompleksi, baş mühəndis.
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi
Abbasquliyev Famil - Naxçıvan sukanalizasiya idarəsi, çilingər;
Hüseynov Anar - Şahbuz rayon meliorasiya sistemlərinin istismarı idarəsi, baş mütəxəssis.
6 saylı Ordubad-Culfa seçki dairəsi
Hüseynov Vəli - Ordubad rayon su meliorasiya sistemlərinin istismarı idarəsi, mühəndis.
49 saylı Abşeron ikinci seçki dairəsi
Allahverdiyev Elbrus – “Abşeron sukanal" idarəsi, nəzarətçi;
İsgəndərov Azər - "Bakı sukanal" idarəsi, 12 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsində mühəndis.
64 saylı Salyan seçki dairəsi
Quluyev Pərviz - Salyan suvarma sistemləri idarəsi.
66 saylı Saatlı seçki dairəsi
Həmidov Ülvi - Saatlı suvarma sistemləri idarəsi.
91 saylı Göyçay seçki dairəsi
Hacıyev Elxan - Göyçay su kanal sahəsi, sahə rəisi.
99 saylı Bərdə seçki dairəsi
Abbaszadə Güllü - 5 nömrəli Ağcəbədi regional su kanal idarəsinin abonentlərlə iş şöbəsi, mühəndis.
102 saylı Şəmkir şəhər seçki dairəsi
Əliyev Sahib - Şəmkir suvarma sistemləri idarəsi, 4-cü dərəcəli nəzarətçi;
Məmmədov Qədim - Şəmkir suvarma sistemləri idarəsi, 13-cü dərəcə sahə rəisi.
103 saylı Şəmkir kənd seçki dairəsi
İbrahimov Səddam - Şəmkir suvarma sistemləri idarəsi, maşinist.
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi
Hüseynov İlkin - 8 nömrəli regional sukanal idarəsinin tovuz sukanal sahəsi, istismarın təşkili və idarə edilməsinə nəzarət qrupu, mühəndis-qrup rəhbəri.
110 saylı Balakən seçki dairəsi
Layıcov Ceyhun - Balakən suvarma sistemləri idarəsi, nəzarətçi.
“AzPolitka.info”


Şərhlər
Siz saydığınızı sayın.görün MDK kimləri sayıb.sentyabr da mandat veriləcəklərin siyahisi MSK-ya çatıb.
Sağ olun ,əla məlumatdır .Bizə deyirlər -Sizi suya aparacağıq ,susuz gətirəcəyik .Yaddan çıxmasın ,bələdiyyə işçiləri ,işsizlər ordusu hamısı deputat olacaq .Qorxum odur ki , Məzahir 125 yox 126 deputat təyin etsin ,çünki Vasif Talıbov Naxçıvanda 101- faiz göstərmişdir
Su mütəxəssislərinin parlamentə kütləvi hücumu onu göstərir ki, bu sahədə yüksək perspektivli yem yerləri var. Suyu ələ keçirdinsə bütün əkin sahələri_ meyə bağlarıl, taxıl zəmiləri, balıq vətəkələri hmısı sənindir.