Menu

Deputatlığa ən gənc və ən yaşlı namizədlər kimlərdir?

10.08.2024, 16:34
Deputatlığa ən gənc və ən yaşlı namizədlər kimlərdir?

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan ən yaşlı və ən gənc namizədlərin adları bəlli olub.

"AzPolitika" xəbər verir ki, ən gənc namizədin 18, ən yaşlı namizədin isə 86 yaşı var.

Qeyd edək ki, ən yaşlı namizəd 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. O, 38 saylı Gəncə birinci seçki dairəsində mübarizə aparacaq.

Ən gənc namizəd olan Hüseynov Zəbulla isə 2006-cı ildə anadan olub. Qeyd edək ki, 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsi üzrə namizədliyini irəli sürən H. Zəbulla  tələbədir. Onun hansı ali təhsil müəssisəsində təhsil aldığına dair məlumat yoxdur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol