1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Bakı şəhəri üzrə seçki dairələrinin əksəriyyətində hakim partiyadan olmayan bitərəf namizədlər şanslı görünür.
“AzPolitika” xəbər verir ki, onlardan biri də 29 saylı Səbail dördüncü seçki dairəsidir. Belə ki, bu dairədən YAP 112 saylı orta məktəbin müəllimi İlahə Abdullazadəni namizəd göstərib.
Digər namizədlərə gəlincə, irəli sürülən 7 namizəddən 3-ü işsiz, biri 113 saylı orta mətəbin təsərrüfat işləri üzrə direktor müavini, digəri isə həkim-provizordur.
29 saylı dairədən mandat almağa şanslı namizəd isə tanınmış QHT sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin layihə rəhbəri Azər Allahverənovdur. Ehtimal etmək olar ki, həmin dairənin seçicilərini VII çağırış parlamentdə o təmsil edə bilər.
“AzPolitika.info”


Şərhlər