“Gözləntilərimiz daha böyük idi, amma buna da şükür. Mən qalibləri, onların məşqçilərini, Olimpiya Komitəsinin üzvlərini təbrik edirəm, daha böyük və yeni-yeni uğurlar arzu edirəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır”.
“AzPolitika” xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələri ilə bağlı danışarkən bunları deyib.
Q.Həsənquliyev hesab edir ki, federasiya prezidentləri mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri olmamalıdır. “Onlar öz işləri ilə məşğul olmalıdırlar. Legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır. Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslara yazılıb dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar çox kiçik görsənsə də, azarkeşlərdə narazılıq yaradır. Biz özümüz idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün dövlət proqramı qəbul etməliyik. Vəsait xarici idmançı cəlb etməyə yox, daha çox bu istiqamətə yönəldilməlidir. Avropa kubokları uğrunda yarışlara qatılan futbol klublarımıza baxın, meydana yalnız bir, ən yaxşı halda iki yerli futbolçu çıxır. Belə olmamalıdır, vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var. Bir daha bizə böyük sevinc yaşatmış qalibləri, onların ailə üzvlərini təbrik edirəm”.
“AzPolitika.info”


Şərhlər
Bir mesqici o vaxti demisdinki Azerbaycan futbolu olmadi. Ona gore xarici oyunculari millilesdirdikki Azerbaycan da futbol olsun. Idman basqa novude indi o gune dusub. Bunada sebeb mence fedarasiyarehberlerinden yuksek netice teleb olunmasi, bir deki milli deki mesqicilerdir yaxsi qazanmaq isteyi dir. Buda idman in geleceyi e zerbedi. Azerbaycan cempionatlarindan cixis getmeye idman i hec bir beynelxalq yarisdara getmemelidir. Bir deki mukafat yigmanin mesqicisine deyil, inmancinin oz mesqicisine verilmelidi