Menu

DSX-nin general-mayoru Türkiyədə səfərdə olub - FOTO

11.08.2024, 22:09
DSX-nin general-mayoru Türkiyədə səfərdə olub - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, general-mayor Zaur Niftullayev Türkiyədə səfərdə olub.

“Report”un məlumatına görə, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında paylaşım edib.

Qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin ali rütbəli zabiti Zaur Niftullayev və onu müşayiət edən nümayəndə heyəti İğdırda yerləşən 5-ci Sərhəd Briqadası Komandanlığında olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol