Menu

Türkiyədə əsas reaktiv bazaların komandanlığı yenilənib - Ən müasir dronlar bu bazada yerləşdirildi

12.08.2024, 14:51
Türkiyədə əsas reaktiv bazaların komandanlığı yenilənib - Ən müasir dronlar bu bazada yerləşdirildi

Türkiyənin ən müasir “Akıncı” və “Aksunqur” pilotsuz uçuş aparatları Muğladakı Dəniz Qüvvələri Komandanlığında yerləşdirilib.

“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar sözügedən bazanı Türkiyənin Batmandan sonra ikinci ən böyük dron bazası halına gətirib.

“Aksunqur” PUA-larının Egey dənizində mühüm kəşfiyyat missiyaları yerinə yetirdiyi bildirilir. Döyüş təyyarələri parkını idarə edən Hərbi Hava Qüvvələrinin əsas reaktiv bazaları Eskişehir, Konya, Merzifon, Bandırma, Malatya, Diyarbəkir və Balıkəsirdə yerləşir.

10-cu Tanker Baza Komandanlığı kimi tanınan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan KC-135R yanacaqdoldurma təyyarələrinin yerləşdiyi “İncirlik” bazasının adı dəyişdirilib.

Türkiyə HHQ-nin ehtiyaclarına uyğun olaraq bazanın yeni adı “10-cu Əsas Reaktiv Baza Komandanlığı” olub.

Briqada generalı Kamal Güleç 10-cu Əsas Reaktiv Bazanın komandiri təyin edilib. Aviasiya Briqadası generalı Yusuf Karuk Dalamanda qurulan 16-cı əsas Reaktiv Bazanın komandiri təyin olunub.

Aksaz Hərbi Dəniz Bazası ərazisində reaktiv baza yaradan Türkiyə Silahlı Qüvvələri Aralıq dənizi bölgəsinin hava qüvvələrini döyüş təyyarələri və dəniz aviasiyasının elementləri ilə gücləndirib. Ali Hərbi Şuranın iclasından sonra əsas reaktiv bazaların əhəmiyyətli hissəsində komandanlıq yenilənib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol