Qazaxıstan respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satybaldyulya qarşı qaldırılmış cinayət işi ilə bağlı yeni məlumatlar yayılıb. Belə ki, iş üzrə 2022-ci ildən bəri 1,6 milyard dollar məbləğində vəsait ölkə büdcəsinə qaytarılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidməti mətbuat xidməti məlumat yayıb.
“Korrupsiyaya Qarşı Mübarizə Xidməti Kayrat Satıbaldyulıya qarşı, onun nəzarətində olmuş “Kazaktelecom”, Nəqliyyat Xidməti Mərkəzinin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın "yuyulması", şirkət tərəfindən gömrük rüsumlarını ödəməkdən yayınma faktları üzrə cinayət işlərini araşdırıb. İstintaq zamanı Satybaldyuly təqsirini tam etiraf edib, dəymiş ziyanı tam ödəyib, cinayət əməllərinin araşdırılmasına töhfə verib", -məlumatda deyilir.
“2022-ci ildən indiyədək Satybaldyuly və onunla əlaqəli şəxslərin qanunsuz əldə etdiyi 732,8 milyard tenge və ya 1,6 milyard dollardan çox əmlak və vəsait dövlətə qaytarılıb”, - deyə mətbuat xidməti izah edib.
Geri qaytarılan aktivlərə inzibati binalar, eksklüziv zinət əşyaları, dəbdəbəli evlər, mənzillər və avtomobillər, səhmlər və şirkətlərdəki paylar daxildir.
2022-ci ilin sentyabrında Qazaxıstan məhkəməsi mənimsəmə ittihamı ilə Satybaldyulini 6 il müddətinə azadlıqdan məhrum edib. O, Milli Təhlükəsizlik Komitəsində və Nur Otan Partiyasında vəzifələr tutub, bizneslə məşğul olub.
“AzPolitika.info”


Şərhlər