Menu

Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın əlinə keçib - 180 min nəfər təxliyə edilir

12.08.2024, 17:44
Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın əlinə keçib - 180 min nəfər təxliyə edilir

Kursk vilayətində vəziyyət ağır olaraq qalır, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır.

“AzPolitika” xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Vladimir Putinin keçirdiyi operativ müşavirədə deyib.

Smirnovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumunun dərinliyi 12 km, eni 40 km-dir. 12 nəfər həlak olub, 121 nəfər yaralanıb. Bu zaman Smirnovun Ukrayna hücumu barədə dedikləri Putinin xoşuna gəlməyib və onun sözünü kəsərək deyib ki, Ukrayna hücumunun dərinliyini hərbi rəhbərlik müəyyən edəcək.

Smirnov qeyd edib ki, yerli hakimiyyət orqanları Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan yaşayış məntəqələrindəki iki minə yaxın insanın taleyindən xəbərsizdir: “Bu günədək sərhədyanı rayonları 121 minə yaxın sakin tərk edib. Ümumilikdə 180 min insan təxliyə edilir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol