Menu

HAKİM PARTİYADAN NAMİZƏDLƏRİNƏ QƏRİBƏ QADAĞA – Namizədlər təşviqat materiallarını bu resurslarda yaymalıdır

12.08.2024, 21:06
HAKİM PARTİYADAN NAMİZƏDLƏRİNƏ QƏRİBƏ QADAĞA –  Namizədlər təşviqat materiallarını bu resurslarda yaymalıdır

2023-cü ili 10 milyon 169 min manatlıq büdcə ilə başa vurmuş hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr növbədənkənar parlament seçkilərinə zəif təbliğat-təşviqat kampaniyası ilə diqqət çəkir.

Qeyd edə ki, iqtidar partiyası 125 dairənin hər biri üzrə namizəd irəli sürüb. Elan olunan siyahıdan 50-yə qədər namizədin “qurbanlıq” olduğunu ehtimal etmək olar. Bu dairələrdə 730 minlik partiyanı əsasən müəllimlər, mədəniyyət qurumlarında, bələdiyyələrdə vəzifə tutan sıravi şəxslər təmsil edir. YAP bu seçki dairələrində bitərəflərin, yaxud müxalifət partiyalarının nümayəndələrinin seçilməsinə şərait yaradır. Məsələn, paytaxtdakı 30 dairənin cəmi 11-də hakim partiyanın namizədlərinin deputat seçiləcəyini ehtimal etmək olar. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə 4 namizəddən hamısı, Sumayıt seçki dairələrinin 6-dan 5-də YAP namizədləri şanslı görünür.

Təbliğat-təşviqat kampaniyasının zəif olmasına gəlincə, “AzPolitika”-ya daxil olan məlumata görə, Mərkəzi Aparatdan verilən tövsiyə bir çox namizədlərin “əl-qolunu” bağlayıb”. 

Rəhbərlik bildirib ki, təşviqat mərkəzləşmiş qaydada, partiyanın özünə məxsus media və sosial şəbəkə səhifələrində aparılmalıdır. Yəni namizədlər təşviqat materiallarını bu resurslarda yaymalıdır. Müstəqil media ilə əməkdaşlıq rəsmən qadağan olunmasa da, hakim partiya namizədləri “yuxarıdan” verilən tövsiyələrə uyğun olaraq saytlarla və qəzetlərlə əməkdaşlıq etmək istəmirlər.

Digər məlumata görə, YAP, namizədlərinin təşviqat xərclərini öz büdcəsindən ödəyib. 

“AzPolitika.info”

Şərhlər

ahıl demokrat 2024-08-13 16:18:29

YAP üzvü sanki etnik soyqırım terrorçu Ermənistanda yaşayır? Bura doğma, bütün dünya üçün tolerans Azərbaycandır. Bütün mətbuat növbə ilə hər gün heç olmazsa 5-15 namizədin Məram-Vəzifə tezislərini yayımlayacaq! Yekunu da olacaq-tamam-kamal Demokrat dövlət!

YAP üzvü 2024-08-13 11:35:59

YAP təbliğat işini ona görə zəif aparır ki.işlər görülüb.nəticə bəlli oluğu halda artıq xərc mənbəiı bəlli olmayan YAP büdcəsinə artıq xərc olduğunu anlayırlar.

Hafiz Mən 2024-08-12 20:11:55

SSRİ alimləri suverən Azərbaycan da daxil, bəzi subyektlərin dağıdılıb, Özəl *qərb*ə (kapitalizmə) təslim sövdəsi ilə sosializmi dəfn etmədikmi? Hər bir nüfuzlu, vəzifəli şəxsin və namizədin ilk növbədə varidatı seçici və digərləri üçün Əsas göstərici kimi mətbuatda dərci vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol