HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi dəqiqdir.
"AzPolitika" xəbər verir ki, ABŞ və İsrail mediasında İranın bu həftə genişmiqyaslı hücum planlaşdırdığına dair məlumatlar yayılıb.
Digər tərəfdən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bu barədə xəbərdarlıq edib. “İran bu həftə İsrailə əhəmiyyətli bir hücum edə bilər, biz buna hazır olmalıyıq”, - deyə o bildirib.
Xarici KİV-lərin yazdığına görə, ABŞ və İsrail İranın mümkün hücumuna qarşı hazırdır. "Axios" nəşri İranın raket və PUA bölmələrinin aprel ayında İsrailə hücumdan əvvəl edilən hazırlıqlara bənzər hazırlıqlar gördüyünü yazıb.
"AzPolitika.info"


Şərhlər
İran ancaq Azərbaycana və Ermənistana hücum edər hədə qorxu gələ bilər .İranda o güc yoxdur israilə cavab versin