Menu

“20 ildə Ensiklopediyanın cəmi 8 cildin çapdan çıxması xeyli suallar doğurur” – Millət vəkili

13.08.2024, 13:18
“20 ildə Ensiklopediyanın cəmi 8 cildin çapdan çıxması xeyli suallar doğurur” – Millət vəkili

Millət vəkili, təhsil eksperti Etibar Əliyev Milli Ensiklopediyanın bu günə qədər cəmi 8 cildin nəşr olunmasını və keyfiyyətini tənqid edib.

“AzPolitika” xəbər verir ki, o bu barədə “Facebook” səhifəsində yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il Sərəncamına əsasən Azərbaycan Milli Ensiklopediyasının 25 cild nəşr olunması planlaşdırılmışdı. Prezidentin 5 may 2004 -cü il Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi yaradıldı. 20 il vaxt ötüb və cəmi 8 cild işıq üzü görüb”, - deputat xatırladıb.

Ensiklopediyanın xalqların simvolu, biliklər xəzinəsi, hər bir xalqın intellektual potensialının ölçüsü olduğunu vurğulayan E.Əliyev, uzun illər Ensiklopediya işi ilə məşğul olduğuni xatırladıb.

Deputat çapı müstəqllik dövrümüzə təsadüf edən bu Ensiklopediyadakı materialların onu qane etmədiyini də qeyd edib: “Bu barədə bir neçə dəfə diskussiya aparılmasını təklif etmişəm. Lakin faydası olmayıb. Və 20 ildə cəmi 8 cildin çapdan çıxması xeyli suallar doğurur. İnsanların bu Ensiklopediyaya marağı böyükdür. Bu barədə suallar da verirlər. Böyük kitab mağazalarında Milli Ensiklopediyamızın cildlərini toz basmış görəndə ürəyim ağrıyır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol