Menu

Təl-Əvivə Qəzzanın cənubundən raket atılıb

13.08.2024, 17:36
Təl-Əvivə Qəzzanın cənubundən raket atılıb

Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılmasına cəhd edilib.

APA-nın "The Jerusalem Post"a istinadən məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb.

HAMAS-ın mətbuat xidmətindən verilən açıqlamada bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol