Menu

Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

13.08.2024, 18:52
Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.

“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, - məlumatda vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol