"Aslanlar" sabah Çempionlar Liqasında "Arsenal"a qarşı oynayacaq
"Qalatasaray"ın baş məşqçisi Hamza Hamzaoğlu digər həmkarlarından fərqli addım atıb.
ANS PRESS-in məlumatına görə, mütəxəssis sabah Çempionlar Liqasında "Arsenal"la keçirəcəkləri oyunun start heyətini bir gün əvvəldən açıqlayıb.
Hamzaoğlu bu gün keçirdiyi mətbuat konfransında 4-2-3-1 taktikası ilə oynayacaqlarını bildirib. Baş məşqçi start heyətində Fernando Muslera, Tarık Çamdal, Semih Kaya, Hakan Balta, Aleks Telles, Felipe Melo, Emre Çolak, Bruma, Burak Yılmaz, Uesli Sneyder və Umut Bulutun yer alacağını deyib.


Şərhlər