Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində daha 4 kəndi ələ keçirərək buradakı platsdarmı genişləndirib.
“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrinin tanınmış eksperti Julian Repke məlumat yayıb.
Onun qeyd etdiyinə görə, Sudjanın şimalında Ukrayna Silahlı Qüvvələri Kruqlenkoye kəndini və ətraf əraziləri ələ keçirib. Eyni zamanda, Ukrayna ordusu həmin ərazidə Korenevo istiqamətində irəliləyib: “Ukrayna hərbçiləri Rusiyanın qərbindəki Kursk vilayətində Kruqlenkoyeni ələ keçirib. Rusiya qoşunları kəndin şimalında hərəkət edən Ukrayna kolonlarına “Smerç”-lərlə atəş açır”.
Eyni zamanda, Sudjanın cənubunda ukraynalı hərbçilər şiddətli küçə döyüşlərinin getdiyi Kamışnoye kəndinə daxil olublar. Kamışnoyeyə gedən yolda ukraynalılar Borki və Spalnoye kəndlərini də ələ keçiriblər: “Kamışnoyedə şiddətli döyüşlər gedir, burada 14 nəfərlik ukraynalı qrup Rusiya hərbçilərinin istifadə etdikləri binaları dağıdıb. Bu, o deməkdir ki, Borki və Spalnoye də Ukrayna ordusunun nəzarətindədir”.
“AzPolitika.info”


Şərhlər