Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yerli məmurlara çağıırş edib.
"AzPolitika" xəbər verir ki, o, yorulan şəxslərin vəzifəsindən getməli olduğunu deyib.
"Mənim heç bir dava yoldaşım hansı vəzifədə olursa-olsun, kreslosuna güvənərək özündən razı davrana bilməz. Biz bu əziz millətin ümid yeriyik. Onların ümidlərini puç edəcək işlə məşğul olanlar, daşıya bilməyəcəkləri mənəvi yükün altında əzilərlər. Biz ümidləri puç edənlərə dözməz, gözünün yaşına baxmarıq. Yenilənərək irəlilədikcə heç kimin bizim ayağımıza dolaşmasına, mane olmasına imkan vermərik. Yorulan varsa, kənara çəkilməlidir. Bizim hər bir yoldaşımız öz işinə diqqət yetirdikcə, bu xalqa necə daha yaxşı xidmət edə biləcəkləri sualını özlərinə verməlidir. Partiyamız keyfiyyətini artıraraq xalqa xidmət etməyə davam edəcək" - deyə, Ərdoğan bildirib..
“AzPolitika.info”


Şərhlər