ABŞ İrana qarşı neft sanksiyalarını gücləndirməyə və ixracını azaltmağa çalışır
"AzPolitika" xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan sözçüsünə istinadla məlumat yayıb.
Qeyd olunub ki, İran bölgədə gərginliyi artırmağa davam etdiyinə görə, Vaşinqton Tehranın neft gəlirlərini azaltmaq üçün yeni planlara sahibdir və İranın neft ixracını azaltmaq üçün tərəfdaşları ilə əməkdaşlıq edəcək.
Departament sözçüsü nəşrə deyib ki, hazırkı vəziyyətə görə Tehran sanksiyalardan yan keçmək üçün vasitəçilərə, çirkli pulların yuyulmasına və digər məsələlərə görə ağır bədəllər ödəməyə məcburdur.
“Tehrana maliyyə axınlarını azaltmaq üçün yeni planlar hazırdır, İran isə neft satışından gələn gəlirin yalnız bir hissəsini əldə edə bilər, ancaq bölgədə gərginliyin artmaqda davam etdiyi bir vaxtda biz tərəfdaşlarımızla İrana təzyiq göstərməyə çalışacağıq”, - o, qeyd edib.
"AzPolitika.info"


Şərhlər