Menu

Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib

14.08.2024, 19:06
Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

Şərhlər

VƏTƏNDAŞ 2024-08-14 20:03:35

Bu arvad yaşına başına yataşmayan işlərə gorişib. İlhamənin işini davam etdirir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol