Menu

Kamala Harris bu ştatlarda Trampdan öndədir - Son seçki sorğusunun nəticələri açıqlandı

15.08.2024, 13:27
Kamala Harris bu ştatlarda Trampdan öndədir - Son seçki sorğusunun nəticələri açıqlandı

ABŞ-də keçirilən yeni sorğuya görə, Demokratların prezidentlyə namizədi Kamala Harris 5 əsas ştatda əsas rəqibi olan Respublikaçıların namizədi Donald Trampdan öndədi.

“AzPoltika” xəbər verir ki, “The Cook Political Report” şirkətinin sorğusuna əsasən, Kamala Harris Pensilvaniya, Viskonsin, Miçiqan, Şimali Karolina və Arizona ştatlarında, Donald Tramp isə Nevada ştatında öndə olub. Corciya ştatında hər iki namizəd 48 faizlə bərabər dəstək alıblar.

Sorğuda Harris rəqibi Trampı Viskonsin və Miçiqanda 3 xal, Pensilvaniya və Şimali Karolinada 1 xal, Arizonada isə 2 xal qabaqlayıb. Tramp isə Nevada ştatında Harrisdən 3 xal öndə olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol