Menu

ABŞ-da polis astma xəstəsi olan qızı boğdu - VİDEO

08.12.2014, 23:45
ABŞ-da polis astma xəstəsi olan qızı boğdu - VİDEO

ABŞ polisi astma xəstəliyindən əziyyət çəkən qızı boğub.

APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, insident Arizona ştatında qeydə alınıb.

Polis uşağı saxlamaq üçün iki dəfə başından vurub, sonra yerə yıxaraq boğmağa başlayıb. Qız nəfəs ala bilmədiyini desə də, polis ona məhəl qoymayıb. Hətta anası özünü hadisə yerinə çatdırır və polisdən qızını buraxmağı xahiş edir.

Polisin hərəkəti mobil telefonla çəkilib və müxtəlif şəbəkələrdə yayılıb. Bu görüntülər ciddi müzakirələrə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol