Menu

"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

15.08.2024, 21:56
"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.

Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol