Menu

RƏŞAD İSMAYILOVA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Nazirin birinci müavini təyin olundu

16.08.2024, 16:20
RƏŞAD İSMAYILOVA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Nazirin birinci müavini təyin olundu

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

R.İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.

O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində birinci müavin postu yaradılıb. Bununla da nazir müavinlərinin sayı 4-ə çatıb.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol