Menu

"İsrailə hücum edəcəyik” - İran rəsmisi

16.08.2024, 16:00
"İsrailə hücum edəcəyik” - İran rəsmisi

“Doha görüşü uğursuz olarsa, İsrailə hücum edəcəyik”.

"AzPolitika" xəbər verir ki, bunu adı açıqlanmayan İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Reuters”ə müsahibəsində deyib.

O, Qəzzada atəşkəs danışıqlarının nəticə vermədiyi halda İranın İsrailə hücum edəcəyi barədə xəbərdarlıq edib.

İran rəsmisi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin HƏMAS qruplaşması ilə danışıqları gecikdirdiyi aydınlaşarsa, İran və onun müttəfiqləri, o cümlədən Hizbullah İsrailə birbaşa hücuma keçəcək.

İranın daha üç rəsmisi “Reuters”ə açıqlamasında qeyd edib ki, yalnız İsrail və HƏMAS-ın atəşkəs razılaşması əldə etməsi İranı İsrailə birbaşa hücumdan çəkindirə bilər. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol