Menu

Rusiyanın uzaq şərqi işıqsız qalıb - Dəmiryolları dayanıb, mobil rabitə kəsilib

16.08.2024, 17:18
Rusiyanın uzaq şərqi işıqsız qalıb - Dəmiryolları dayanıb, mobil rabitə kəsilib

Avqustun 16-da Rusiya Federasiyasının Primorsk diyarının Vladivostok və digər şəhərləri Primorsk Elektrik Stansiyasında avadanlıqların zədələnməsi nəticəsində işıqsız qalıb.

“AzPolitika” xəbər verir ki, “RBK”-nın məlumatına görə, şəhərlərdə mobil rabitə və internetlə bağlı problemlər yaranıb, işıqforlar sönüb.

Məlumata görə, avqustun 16-da yerli vaxtla saat 17:15-də Primorsk diyarının hüdudlarından kənarda qəza baş verib. Nəticədə Vladivostokla yanaşı, Naxodka və Ussuriysk də elektriksiz qalıb. Rusiya Dəmir Yolları enerji təchizatının olmaması səbəbindən Primoryedə qatarların hərəkətinin dayandırıldığını bildirib. Primorye hakimiyyətinin verdiyi məlumata görə, tibb müəssisələri ehtiyat enerji mənbələrinə keçib.

Daha sonra vilayət hökuməti Naxodka, Lesozavodsk, Dalnereçensk və Luçeqorskda, həmçinin Vladivostokun əksər hissəsində elektrik enerjisinin verilişinin bərpa olunduğunu açıqlayıb. Yerli hakimiyyət orqanları bildiriblər ki, nasoslara enerji verildikdən sonra su təchizatı bərpa olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol