Menu

COP29 ərəfəsində ABŞ-da “yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammiti keçiriləcək

16.08.2024, 20:27
COP29 ərəfəsində ABŞ-da “yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammiti keçiriləcək

“Yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammiti oktybarın 11-də Vaşinqtonda keçiriləcək.

Bu barədə “Report” Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) “X” sosial şəbəkəsində dərc olunmuş məlumatına istinadən xəbər verir.

Paylaşımda Palatanın USACC, ABŞ Ticarət Nazirliyi və Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzi ilə “yaşıl maliyyələşdirmə” üzrə Liderlər Sammitinin iştirakçısı olmağa dair çağırış var.

Qeyd olunur ki, tədbir COP29 ərəfəsində təşkil olunacaq və mühüm ekspertlər və rəsmi şəxslərlə birlikdə dayanıqlı gələcək üçün maliyyə mexanizmlərinin araşdırılmasına həsr olunacaq.

Sammit Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol