Bu yaxınlarda Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalaraq həlak olan HƏMAS lideri İsmayıl Haniyənin oğlu Abudssülam Haniyə xarici KİV-ə müsahibəsində atasının ölümü ilə bağlı bir sıra açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, o, atasının ölümünə otağına quraşdırıldığı deyilən hər hansı bomba qurğusunun səbəb olmadığını deyib:“Mühafizəçilər və digər şəxslər atamın otağından bir neçə metr aralıda oturmuşdular. Əgər otaqda bomba olsaydı bütün binaya ziyan dəyərdi. Otaqda bomba olması ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır”.
HƏMAS liderinin qaldığı otağın raketlə hədəfə alınması ilə bağlı isə Haniyə bunları deyib:“Raket hadisədən bir gün əvvəl atamın otağında və başının yanında tapılan mobil telefonun siqnalının izlənilməsi ilə idarə olunub. Həmin gün atamla mənə çoxlu telefon zəngləri oldu. Məncə, o, şəhid olduğu gecə saat 22.15-ə qədər telefonundan aktiv istifadə edirdi”.
Xatırladaq ki, HƏMAS lideri iyulun 31-i səhər saatlarında Tehrandakı iqamətgahına edilən hücum nəticəsində həlak olub.
"AzPolitika.info"


Şərhlər